Çin idmançıları 7 medalla Dünya Kuboku yarışlarında birinci yerdədirlər
Avqustun 12-də Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda kişilər arasında tapançadan 25 metr məsafəyə sürətli atəşaçma yarışları keçirilib.

Yarışın final mərhələsində ABŞ, Çin, Fransa, Koreya və Hindistandan 6 idmançı iştirak edib. Azərbaycan idmançısı Ruslan Lunev yarışda uğurla iştirak etsə də finala çıxa bilməyib. O, 7-ci yeri tutub. Çin idmançısı Haozhe Hu rəqiblərini üstələyərək 32 xalla birinci yeri əldə edib. Bununla da, Haozhe Hu komandasının hesabına 4-cü qızıl medalı yazdırıb. Jiajie Lao (Çin) 30 xalla ikinci, Boris Artaud (Fransa) 25 xalla üçüncü yeri qazanıb.

Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Hazırda Çin idmançıları 7 medalla Dünya Kuboku yarışlarında birinci yerdədirlər. Onlardan 4-ü qızıl, 2-si gümüş, 1-i bürünc medaldır.

AZƏRTAC

Xəbər 1035 dəfə oxundu.