Sevilyanın prezidenti:"Barselonada 10 futbolçu və qeyri sivilizasiyadan olan bir insan oynayır"
Sevilyanın prezidenti Xose Kastro komandasının Barselonaya suprekubok oyununda məğlubiyyətinə (4:5) münasibət bildirib.

«Mən öz oyunçularımızla fəxr edirəm. Himnimizdə deyildiyi kimi , Sevilya heç vaxt təslim olmur. Hətta 4:5 hesabı ilə geridə olduqda belə cavab qolunu vurmağa şansımız oldu. Barselona çox güclü bir komandadır. Onların heyətində 10 futbolçu və bir də qeyri sivilizasiyadan olan insan var.

Biz nəyə qadir olduğumuzu bütün Avropaya göstərdik. Bizim əla futbolçularımız , məşqçimiz və azarkeşlərimiz var», – deyə Kastro bildirib.

Xəbər 729 dəfə oxundu.