GDÇ-2015: daha 4 güləşçimiz mübarizəyə qoşulur
Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı keçirilir. Çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir.

Yarışların ilk günündə komandamız 1 gümüş medal qazanıb. 60 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçisi Kərim Cəfərov fərqlənib.

İkinci yarış günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparır. İlk görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

55 kq
1/16 final - Murad Məmmədov - Maniş Maniş (İND)

66 kq
1/16 final - Yasin Yeter (GER) - Ruhin Mikayılov

84 kq
1/16 final - Victor Montero (VEN) - İslam Abbasov

120 kq
1/8 final - Satoşi Kayzuka (JPN) - Cavid Feyziyev

Xəbər 656 dəfə oxundu.