Bayraqdar serblərin yolunu gözləyir
Yarımmüdafiə və hücum xəttini gücləndirmək istəyən “Neftçi” axtarışlarını davam etdirir. İdman.com.az saytı fanat.az-a istinadən xəbər verir ki, paytaxt klubu bir sıra ölkələrdə futbolçu axtarır.

Bundan əvvəl “ağ-qaralar”ın bəzi Afrika ölkələrindən və Braziliyadan baxışa futbolçu çağırdığı bəlli idi. Bu gün isə daha iki ölkədən futbolçuların sınaq üçün “Neftçi”nin düşərgəsinə gələcəyi məlum olub. Həmin oyunçular Çernoqoriya və Serbiyadandırlar.

Xəbər 1099 dəfə oxundu.