Lionel Messi: Biz xeyli yorulduq və bu da işimizi çətinləşdirdi
Oyun bizim üçün qəribə başladı, biz uduzurduq. Elə bu an düşündüm ki, biz daha yaxşı oynayırıq və güclüyük.

Bu sözləri Avropa Super Kuboku uğrunda “Barselona” - “Sevilya” oyununun nəticələrini UEFA-nın saytına şərh edən Lionel Messi deyib.

“Birinci hissədən sonra bizə elə gəldi ki, artıq qələbə bizimdir. Bütün komanda yaxşı oynayırdı və qol məqamları yaradırdıq. Amma sonra biz xeyli yorulduq və bu da işimizi çətinləşdirdi. Onlar bundan istifadə edib hesabı bərabərləşdirdilər”, - deyə o qeyd edib.

Messi həmçinin Pedronun qələbə qolu vurmasından danışaraq buna çox şad olduğunu deyib: “Buna çox şadam. Onun hansı qərar verəcəyini bilmirəm, amma biz onu daim dəstəkləyəcəyik. O, kluba çox şey bəxş edib və bu qola layiqdir”.

Qeyd edək ki, avqustun 11-də Tbilisidə UEFA Super Kuboku uğrunda keçirilən görüşdə “Barselona” “Sevilya”nı 5-4 hesabı ilə məğlub edib.

Xəbər 769 dəfə oxundu.