Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor yeni təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. O, futzal üzrə UEFA kubokunun ilkin seçmə mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Bu qrupda "Göteborq" (İsveç), "MNK Centar Carajevo" (Bosniya və Herseqovina) və "Mobulu Futsal UNI Bern" (İsveçrə) komandaları mübarizə aparacaq.

Oyunlar avqustun 27-də, 28-də və 29-da İsveçrədə keçiriləcək.

Xəbər 850 dəfə oxundu.