Qarabağ atı idman sahəsində uğurlar qazanır
Təmiz qanlı Qarabağ cinsli atların beynəlxalq səviyyədə idman atları kimi tanıdılması istiqamətində Azərbaycan Respublikasının Atçılıq Federasiyası (ARAF) tərəfindən 2009-cu ildən etibarən ardıcıl tədbirlər həyata keçirilir.

Bu tədbirlərin nəticəsi kimi milli atçılıq tarixində ilk dəfə Rusiyanın Ryazan şəhərində 80 kilometr məsafədə təşkil olunan uzaq məsafə üzrə beynəlxalq yarışda Qarabağ atı uğurla iştirak edib.

“Günay” atçılıq təsərrüfatına məxsus yeddi yaşlı “Gafaglı MNM” ləqəbli Qarabağ atı ilə çıxış edən rusiyalı idmançı Maya Novikova yarışları beşinci yerdə başa vurub.

Avqustun 29-da “Gafaglı MNM”in Ryazan keçiriləcək növbəti yarışda da iştirakı nəzərdə tutulur.

Xəbər 922 dəfə oxundu.