U-17 təlim-məşq toplanışları keçirəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 17-dən 23-dək Bakıda, avqustun 24-dən 28-dək Ukraynanın Kiyev şəhərində, avqustun 29-dan sentyabrın 6-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olacaq.

Yığmamızın avqustun 25-də və 27-də Kiyevdə ukraynalı həmyaşıdları ilə, sentyabrın 3-də və 5-də isə Minskdə Belarusun müvafiq yaş qrupuna aid yığması ilə yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.
Toplanışda iştirak edəcək futbolçuların siyahısı saytımızda yerləşdiriləcək.

Xəbər 712 dəfə oxundu.