Dünya Kuboku yarışlarında Çin idmançısı komandasına 3-cü qızıl medalı qazandırıb
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.

Avqustun 11-də qadınlar arasında kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışlarının final mərhələsi keçirilib. Yarışda Çin və Rusiya idmançıları digər ölkələrdən olan rəqiblərini geridə qoyaraq mükafat qazanıblar. Yarışın final mərhələsində iştirak edən Çin idmançılarından ikisi mükafat əldə edib. Cao Lijia (Çin) komandasına üçüncü qızıl medalı qazandırıb. Vitalina Batsaraşki (Rusiya) ikinci, Zanq Jinqinq (Çin) üçüncü yeri tutub.

Sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, Çin idmançıları bu yarışlarda artıq 5 medal qazanıblar.

Xəbər 909 dəfə oxundu.