Liverpul Lukası transferə çıxardı
«Liverpul» yay transfer pəncərəsinin sonuna qədər yarımmüdafiəçi Lukas Leyvanı satmağı planlaşdırır.

Liverpool Echo-nun məlumatına görə mersisaydlar 28 yaşlı futbolçunu 8 milyon funta satmağa hazırdır.

Çox güman ki, Lukas karyerasını İtaliyada davam etdirəcək. Belə ki, onunla qışda İnter yaxından maraqlanırdı.

Liverpulla yarımmüdafiəçinin müqaviləsi 2 ildən sonra bitməli idi.

Xəbər 709 dəfə oxundu.