Luis Enrike:"Superkubok tarixə düşmək üçün növbəti şansdır"
Barselonanın baş məşqçisi Luis Enrike Sevilya ilə superkubok oyunundan əvvəl mətbuat konfransında çıxış edib.

«Bizi mövsümün ilk rəsmi oyunu gözləyir. Bu da vəziyyətimizi yoxlamaq üçün əla imkandır.Biz əsl çempionla qarşılaşacağıq. Trofey uğrunda oyun böyük sınaqdır. Biz bu oyuna digərləri kimi yanaşırıq.

Bizi favorit hesab edib-emələri məni maraqlandırmır. Bunu meydanda göstərmək lazımdır. Qalib gəlmək üçün yaxşı oynamaq lazım olduğunu da anlayırıq.

Sevilyada futbolçuların sayı bizimkindən də azdır. Hər iki komanda kadr problemini həll etmək məcburiyyətindədir.Lakin buna alışmaq lazımdır. Sevilya b ir neçə futbolçu ilə güclənib.Bizdə isə dəyişiklik azdır.

Fikrimcə nə qədər çox titul qazanırsansa , bir o qədər yaxşıdır.Bir neçə futbolçumuz rekord edə bilər. Superkubok tarixə düşmək üçün növbəti şansdır.

Biz bu qələbəni qazanmalıyıq», – deyə Luis Enrike qeyd edib.

Xəbər 699 dəfə oxundu.