Fransa millisinin futbolçusu Lionda
Lion klubunun prezidenti Jan Mişel Olas Dinamonun yarımmüdafiəçisi Matye Valbuenanın transferinin həll edildiyini bildirib.

«Valbuena öz agenti vasitəsilə Liona keçməyə razılıq verib.

Biz isə Dinamo ilə transferin dəyərini razılaşdırmışıq.Hazırda bu məbləğin köçürülmə mərhələləri barədə anlaşırıq», – deyə Olas qeyd edib.

Məlumata görə Valbuena Lionla 3 illik müqavilə imzalayacaq.Transferin dəyəri isə 3-7 milyon avro arasında olmalıdır.

Xəbər 805 dəfə oxundu.