Çelsi ilə oyuna qədər MS De Brüyneni transfer etmək istəyir
Mançester Siti Volfsburqun futblçusu Kevin De Brüynenin keçidini rəsmiləşdirməyə çox yaxındır.

İngilislər 24 yaşlı belçikalını bazar gününə qədər transfer edəcəklərinə inanırlar. Məhz həmin gün Mançester Sitinin Çelsi ilə oyunu var.

Xatırladaq ki, vaxtilə De Brüyne Çelsidə çıxış edib.

İngiltərə mətbuatının məlumatına görə Volfsburq futbolçuya görə 50 milyon funt sterlinq tələb edir. Mançester Sitinin təklifi isə 40 milyon və 6 milyon bonusdan ibarətdir.

Xəbər 765 dəfə oxundu.