Turnirdə üçüncü qələbə | |
Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsində Azərbaycan milli komandası üçüncü qələbəsini qazanıb. Millimiz İngiltərə yığmasını 6:5 hesabı ilə məğlub edib. Asif Zeynalovun dubl etdiyi oyunda hərəyə bir dəfə Sabir Allahquliyev, Orxan Məmmədov, Elçin Qasımov və Ramil Əliyev fərqlənib. Xatırladaq ki, futbolçularımız turnirdə avqustun 7-də keçirdiyi ilk oyunda Rumıniya yığmasına 6:2, avqustun 8-də isə Moldova komandasına 4:0 hesabı ilə qalib gəlmişdi. |
|
Xəbər 824 dəfə oxundu. |
|
|