Rauf Məmmədov yenidən dünyanın 100 ən güclü şahmatçısı siyahısına daxil olub
Türkiyənin Kocaeli şəhərində komandalar arasında “Türkiyə İş Bankası super şahmat liqası – 2015” beynəlxalq turniri keçirilir.

Ölkəmizi yarışda milli komandamızın üzvləri, “Beşiktaş” gimnastika klubunun heyətində mübarizə aparan beynəlxalq qrossmeysterlər - Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli təmsil ediblər.

Həmyerlilərimiz arasında ən yaxşı nəticəni beynəlxalq qrossmeyster Rauf Məmmədov göstərib. O, ardıcıl qazandığı qələbələrdən sonra beynəlxalq əmsalını 6 bənd artıraraq dünyanın 100 ən güclü şahmatçısı siyahısına yenidən daxil olub.

Ümumilikdə “Beşiktaş” klubu komanda hesabında 6 xalla 1-2-ci yerləri bölüşdürür.

Xəbər 724 dəfə oxundu.