Rusiya milli komandasına baş məşqçi təyin edildi
Rusiya milli komandasının baş məşqçisi məlum olub.

Gözlənildiyi kimi bu posta SSKA-nın baş məşqçisi Leonid Slutskiy gətirilib.

Mütəxəssislə 2016-cı il Avropa çempionatının seçmə mərhələsinin sonuna qədər müqavilə imzalanıb.

Slutskiy həmin müddət ərzində SSKA-nın da baş məşqçisi olaraq qalacaq.

Xatırladaq ki, hazırda Rusiya millisi G qrupunda İsveç və Avstriyadan geri qalaraq 3-cü yerdə qərarlaşıb.

Xəbər 802 dəfə oxundu.