“Qəbələ” play-off mərhələsinə vəsiqə qazanıb
UEFA Avropa Liqasında çıxış edən təmsilçilərimiz üçüncü təsnifat mərhələsində cavab oyunu keçiriblər.

“Bakcell Arena”da Kiprin “Apollon” klubu ilə qarşılaşan “Qəbələ” 1:0 hesabı ilə qalib gələrək play-off mərhələsinə vəsiqə qazanıb (ilk oyun – 1:1). “Qəbələ”yə qələbə gətirən qolu 80-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirməklə Cavid Hüseynov vurub.

“İnter” isə İspaniyanın “Atletik” klubu ilə qarşılaşıb. İlk oyunda 0:2 hesabı ilə məğlub olan təmsilçimizin cavab qarşılaşmasında heç-heçə qeydə alınıb – 0:0. Bu nəticədən sonra “İnter” Avropa Liqasında mübarizəni dayandırmalı olub.

UEFA Avropa Liqasının play-off mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək. Püşkatmada “Qarabağ” və “Qəbələ”nin rəqibi müəyyənləşəcək.

Xəbər 713 dəfə oxundu.