Həmzət Ağayev: «Bu döyüşdə çox çiddi intriqa var»
«Sərhədçi» Olimpiya-idman mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) VII turunun «Baku Fires» (Azərbaycan) və «Istanbul Bosphorus» (Türkiyə) komandaları arasında keçiriləcək sabahkı matça həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Ümümxalq Matəm günü ilə əlagədar tədbir sükut dəqiqəsi ilə başlanılıb.

İlk olaraq WSB-nin supervayzeri Devid Frensis giriş nitqi ilə çıxış edib: «Hər iki komandaya sabahkı matçda uğurlu çıxış arzu edirəm. Düşünürəm ki, döyüşlər çox maraqlı keçəcək. Hər iki komanda çox yaxşı formadadır».

Çəki mərasimdən sonra «Baku Fires»ın baş meneceri Rizvan Gənciyev, komandamızın baş məşqçisi Həmzət Ağayev və qonaqların məşqçisi Seyfulla Dumlupinar KİV nümayəndələri ilə öz fikirləri ilə bölüşdülər.

«Qardaş ölkədə olmaq bizə çox xoşdur, - sözü ilə türk komandasının məşqçisi nitqini başladı. - Hər iki komandaya uğurlar, azarkeşlərə isə xoş təəssüratlar arzu edirəm. Biz qələbə çalmaq üçün gəlmişik, lakin «Baku Fires» qrupun lideri və bizə müvəffəqiyyət əldə etmək çox çətin olaçaq».

«Bizim qonaqları salamlayıram, - deyə, Rizvan Gənciyev öz nitqini başladı. – Azərkeşləri isə matça dəvət edirəm. Əminəm ki, sabah bizi çox maraqlı qarşılaşma gözləyir. Bildiyiniz kimi, “transfer pəncərəsi” zamanı biz komandanı bir neçə lazımlı boksçularla gücləndirdik. Düşünürəm ki, onlar bizim kollektivə uyğun gələcəklər və komandanı gücləndirəcəklər. Növbəti matçlarda onların döyüşməyini görəcəksiz».
Xatırladırıq ki, «Bakı Alovları» son anda rusiyalı Məhəmməd Qurbanovu da öz heyətinə cəlb edə bilib.

Ümumdünya Boks Seriyasının (WSB) rəsmi saytı «Baku Fires»ın boksçusu Mədadi Nağzibəyov və türk Bunyamin Aydın arasındakı qarşılaşmanı 7-ci həftənin əsas döyüşü adlandırıb.
«Bu həqiqətən həftənin ən maraqlı döyüşü olacaq, - Həmzət Ağayev düşünür. – Hər iki boksçu çox güçlüdür. Mədadinin güçü sizə məlumdur. Aydın isə WSB-2011 çempionu çinli Vanq Jiminı udub. Fikrimçə digər sözlər artıqdır. Beləliklə, bu döyüşdə çox çiddi intriqa var bə biz səbirsizliklə bu qarşılaşmanı gözləyirik. Sabahkı matçın proqnozuna çatdıqda, bizim boksçuların gözlərinə baxın və sizə hər şey bəlli olacaq».

Komandaların heyətləri: «Baku Fires» – «Istanbul Bosphorus»

54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Aydın Sağal (Türkiyə)
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Bunyamin Aydın (Türkiyə)
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Ərol Ozqal (Türkiyə)
85 kq. Əzəmət Murtuzəliyev (Azərbaycan) – Canər Sayaq (Türkiyə)
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Aleksey Sivko (Ukrayna)

Turnir cədvəli:

1. «Baku Fires» – 18 xal, döyüşlərin fərqi - 25-5 (6 matç)
2. «Leipzig Leopards» – 10, 15-15 (6)
3. «Mexico City Guerreros» – 10, 16-13 (6)
4. «Istanbul Bosphorus» – 8, 14-16 (6)
5. «Paris United» – 7, 9-15 (5)
6. «Beijing Dragons» – 3, 5-20 (5)

Xəbər 1203 dəfə oxundu.