AFFA-nın Lisenziyalaşdırma Qrupunun üzvləri Makedoniyada olublar
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, qrupun ekspertləri Bəhram Dadaşov və Anar Kazımlı Makedoniyada səfərdə olublar.

Makedoniya Futbol Federasiyasının Lisenziyalaşdırma Qrupunun üzvləri ilə görüş keçirən AFFA nümayəndələri ətraflı fikir mübadiləsi aparıb, lisenziya sahəsi ilə bağlı təcrübələrini bölüşüblər. Səfər çərçivəsində Makedoniya Futbol Federasiyasının baş katibi ilə də görüş keçirilib.

Belə bir görüşün Bakıda da təşkil olunması ilə bağlı razılıq əldə olunub.

Xəbər 693 dəfə oxundu.