Cavid Hüseynov "pley-off"da oynamayacaq
"Qəbələ"nin kapitanı Cavid Hüseynov Avropa Liqasının "pley-off" mərhələsinin ilk matçında oynaya bilməyəcək.

Buna onun "Apollon"la (Kipr) üçüncü təsnifat mərhələsinin cavab görüşündə 3-cü sarı vərəqəni alaraq, cəzalı duruma düşməsi səbəb olub.

Qeyd edək ki, C.Hüseynov bundan əvvəl birinci təsnifat mərhələsində "Dinamo" (Tiflis) ilə Qəbələdə keçirilən cavab görüşündə və ikinci təsnifat mərhələsində Serbiya "Çukariçki"si səfərdə oynanılan ilə ilk matçda sarı vərəqə alıb.

Xəbər 692 dəfə oxundu.