Bügünkü məşqə “Qəbələ”nin 2 futbolçusu qatılmayıb
Dünən axşam saatlarında Antalyaya yollanan “Qəbələ” bu gün ilk məşqinə çıxıb. İdman.com.az saytı xəbər verir ki, hazırlıqda zədəsi tam bərpa olunmayan Rövşən Əmiraslanov və Vurğun Hüseynov iştirak etməyiblər.

Gündəlik iki məşqlə kifayətlənən “qara-qırmızılar”, ilk günün birinci yarısını topsuz çalışmalarla keçirib. Futbolçular əsasən fiziki dözümlülüyü artıran təmrinlər üzərində çalışıblar.
Günün ikinci məşqi isə əsasən toplu çalışmalar olub.

Xəbər 856 dəfə oxundu.