U-19 qalib gəlib
19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Malta yığmaları arasında yoxlama oyunu keçirilib. Bayıl stadionunda baş tutan oyunda yığmamız 4:1 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını İlkin Sadıqov, Ayxan Əsədov, Elnur Cəfərov və İsmayıl İbrahimli vurub. Xatırladaq ki, bu komandalar arasında növbəti oyun avqustun 7-də, saat 20.00-da, Bayıl stadionunda keçiriləcək.

Xəbər 692 dəfə oxundu.