AZAL "Qəbələ"nin futbolçusunu icarəyə götürdü
“Qəbələ”nin gənc futbolçusu Müşviq Teymurov klubdan ayrılıb. Əsas heyətə düşmək şansı olmayan futbolçu komandanın baş məşqçisi Roman Qriqorçukun da razılığı ilə AZAL-ın düşərgəsinə yollanıb. Futbolçunun növbəti mövsümə icarə əsasında “təyyarəçilər”in şərəfini qoruyacağı gözlənilir.

Xəbər 688 dəfə oxundu.