Millimiz FİFA reytinqində irəlilədi
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə Azərbaycan milli komandası 2 pillə irəliləyərək 302 xalla 106-cı pillədə qərarlaşıb.
"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliya 1 pillə irəliləyərək 16-cı yerə yüksəlib. Xorvatiya 13-cü (+1), Norveç 68-ci (-1), Bolqarıstan 69-cu (-1), Malta isə 159-cu (-1) yeri tutur.

Siyahıya Amerika kubokunun ikincisi Argentina yığması başçılıq edir. Belçika ikinci, Almaniya yığması isə daha bir pillə geriləyərək üçüncü olub.

Xəbər 696 dəfə oxundu.