İdman məktəblərinin yetirmələri Avropa Gənclərinin Olimpiya Festivalında uğur qazanıblar
Təhsil Nazirliyinin idman məktəblərinin yetirmələri Gürcüstanda keçirilən “Tbilisi-2015” XIII Avropa Gənclərinin Olimpiya Festivalında cüdo üzrə idman yarışlarında uğur qazanıblar.

İdmanın ayrı-ayrı növləri üzrə keçirilən yarışlara dünyanın 50 ölkəsindən 2 min 500-dək yeniyetmə idmançı qatılıb. Qızlar arasında 40 kiloqram çəki dərəcəsində keçirilən yarışlarda Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Şəfəq Həmidova qalib gəlib. O, finalda Rusiya idmançısı üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.

13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi İbrahim Bayramlı isə oğlanlar arasında 50 kiloqram çəki dərəcəsində keçirilən yarışlarda bürünc medal qazanıb.

AZƏRTAC

Xəbər 754 dəfə oxundu.