Qadın həndbolçularımız İran çempionluğuna doğru
Qadın həndbolçularımızın İran Super Liqasında çıxış etdikləri «Samenalhojaj» klubu, bu gün növbəti qələbəsini qazanıb. İdman.com.az saytı xəbər verir ki, IX turda Səbzivar şəhərinin təmsilçisi doğma divarlar arasında İsfahanın «Zobaxan» komandasını qəbul edib.

Gərgin mübarizədə «Samenalhojaj» rəqibinə 34:24 hesabı ilə qalib gəlib. Adı çəkilən matçda həmyerlilərimiz - Səbinə Babayeva, Sultanə Tağıyeva və Valentina Kulikova birgə 19 top vurublar.
Qeyd edək ki, 9 qarşılaşmadan maksimum xal toplayan «Samenalhojaj» 18 xalla Superliqanın vahid lideridir.

KAMRAN

Xəbər 1372 dəfə oxundu.