Kovaçev İsveçdə yarışdı
Avqustun 1-9-u tarixləri arasında İsveçin Landskrona şəhərində keçiriləcək yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyi tam sürətlə davam edir. Yaşı 15-ə qədər olan idmançıların mübarizəsində 27 ölkədən 141 (63 qız, 78 oğlan), yaşı 17-yə qədər olan idmançıların mübarizəsində isə 29 ölkədən 192 (80 qız, 112 oğlan) atlet çıxış edəcək.

“Zirvə” İdman Klubunun xarici filiallarının üzvləri də yarışda iştirak edirlər. “Smolyan-Zirvə” təmsilçisi Zlatomir Kovaçev yaşı 15-ə qədər olan atletlərin mübarizəsində 85 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.

Kovaçev 246 kq (109+137) nəticə ilə yekun sıralamada 5-ci yeri tutub.

Xəbər 750 dəfə oxundu.