Azərbaycan iki beynəlxalq şahmat turnirinə ev sahibliyi edəcək
Sentyabrın 29-dan oktyabrın 8-dək Azərbaycanın paytaxtında “Baku Open-2015” 24-cü Beynəlxalq Şahmat Festivalı keçiriləcək. Festival Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 24-cü ildönümünə həsr olunur.

Festivalın proqramına A (reytinqi 2250-dən yuxarı), B (reytinqi 2250-dək) və C (uşaqlar üçün) turnirləri daxildir.

“Baku Open-2015” ənənəvi turnirinin ümumi mükafat fondu 40 min ABŞ dolları, o cümlədən A turnirində birinci mükafat 10 min ABŞ dollarıdır. Turnir Bakıda keçirilən Dünya Kubokunun final mərhələsi ilə eyni vaxta təsadüf etdiyindən festivalın yarışları saat 11:00-da başlayacaq. Turun sonunda idmançıların Dünya Kubokunun yarışlarına aparılması təşkil ediləcək. Dünya Kuboku sentyabrın 10-dan oktyabrın 5-dək keçiriləcək.

Xəbər 679 dəfə oxundu.