Roman Qriqorçuk: Bütün azarkeşləri “Qəbələ” – “Apollon” oyununa çağırıram
Bizi çox çətin oyun gözləyir. “Apollon” güclü komandadır. Səfərdə qol vurub, heç-heçə etməyimiz böyük əhəmiyyət daşımır. Çünki Kipr klubunun heyətində bacarıqlı, sürətli oyunçular var. Belə oyunçuları zərərsizləşdirmək asan deyil. Bizə çətin anlar yaşada bilərlər. Bu üzdən də komandamız yalnız öz oyunu barədə düşünməlidir.

Bu sözləri futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin “Qəbələ” (Azərbaycan) – “Apollon” (Kipr) oyunundan əvvəl komandamızın baş məşqçisi Roman Qriqorçuk keçirdiyi mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis bildirib: “Apollon” klubu ilə qarşılaşmada hakimin portuqaliyalı olması məni maraqlandırmır. İlk matçın nəticəsini də unutmuşuq. Yalnız cavab oyununa köklənmişik. Azərbaycanın nə qədər çox komandası avrokuboklarda mübarizəni davam etdirsə, bir o qədər yaxşıdır. Azərbaycan klublarından heç birinin mübarizəni dayandırmasını istəmərəm. Çünki Azərbaycan Premyer Liqası başlamaq üzrədir. Çempionatda rəqabət daha böyük olacaq. Azarkeşlər bütün Azərbaycan klublarına dəstək olmalıdırlar. Bütün azarkeşləri “Qəbələ” – “Apollon” oyununa çağırıram. Amma Kiprdə baş verənlər təkrarlanmamalıdır. Futbolu belə xoşagəlməz hadisələrdən təmizləməliyik”.

Qeyd edək ki, iyulun 30-da Kiprdə keçirilən “Apollon” - “Qəbələ” matçı 1:1 hesabı ilə yekunlaşmışdı.

Xəbər 711 dəfə oxundu.