Oyunların şərhi Azərbaycan dilində olacaq
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımına dair elan etdiyi tenderin qalibi - CBC TV kanalı - Azərbaycanın ilk rusdilli beynəlxalq peyk telekanalı olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhini rus dilində həyata keçirilicəyini bildirmişdi.

Oyunların şərhi Azərbaycan dilində olacaq
Oyunların Azərbaycan dilində şərhi isə AFFA-nın youtube (AFFA Official ) kanalında nəzərdə tutulurdu.

CBC telekanalı oyunların yayımının müvəffəqiyyətlə həyata keçirdiyi təqdirdə yaxın müddət ərzində özünün idman redaksiyası əsasında CBC-Sport kanalı açmağı və oyunların yayım hüququnu həmin kanala ötürüləcəyini və oyunların şərhlərinin Azərbaycan dilində olacağını bildirmişdir.

AFFA, PFL və CBC TV rəhbərliyinin müzakirəsindən sonra oyunların keçid dövründə CBC TV-də Azərbaycan dilində yayımlanması qərara alınıb.

Xəbər 714 dəfə oxundu.