Britaniya mətbuatı “Qarabağ”-“Seltik” oyununu diqqət mərkəzində saxlamaqda davam edir
Britaniya mətbuatı futbol üzrə Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” komandası ilə cavab oyunu üçün Bakıya gələn Şotlandiyanın “Seltik” klubu arasında keçiriləcək matçı diqqət mərkəzində saxlamaqda davam edir.

Ölkənin “Irish Times”, “Daily Mail” qəzetləri və “Inside Futbol” portalları matç haqqında geniş məqalələr dərc ediblər. Məqalələrdə “Qarabağ” komandası, onun nailiyyətləri, Bakıya səfər, oyunun keçirildiyi stadion və s. haqqında ətraflı məlumat verilib. Həmçinin futbolçulardan alınan müsahibələrdə matçın hər iki komanda üçün əhəmiyyəti xüsusi vurğulanıb.

AZƏRTAC

Xəbər 755 dəfə oxundu.