Hollandiya çempionatının startı təxirə salındı
Hollandiya çempionatının yeni mövsümünün ilk oyunları polisin tətili səbəbilə təxirə salınacaq.

Artıq Herenven şəhərinin meri De Qrafsxapla oyunun baş tutamayacağını elan edib.Oyun cümə gününə planlaşdırılırdı.

Bu səbəblə şənbə gününün Zvolle-Kambur, Villem-Vites və DenXaaq-PSV oyunları da təxirə salınıb.

Qeyd edək ki, son aylar ərzində ölkə polisi iş rejiminin ağırlığından şikayətlənərək daimi tətillər keçirir.

Xəbər 685 dəfə oxundu.