“Kəpəz”də rus futbolçu baxışdadır
“Kəpəz” klubu bu gün axşam məşqinə bir dəqiqəlik sükutla başlayıb. İdman.com.az xəbər verir ki, komanda hazırlığın ikinci mərhələsinə start verib. Bu gün məşqə komanda ilə yanaşı, baxışa dəvət olunan yeni futbolçu da qatılıb. Bu, Rusiyanın Sankt-Peterburq şəhərindən olan 1990-cı il təvəllüdlü Andrey Semençukdur.

Boyu 1,88 metr olan futbolçu müdafiəçidir və onun sonuncu klubu Soçinin “Jemçujina” klubudur. Hazırda “Kəpəz”in məşqçilər korpusu oyunçunun fiziki və taktiki hazırlığını yoxlayır. Əgər Andrey Semençuk baş məşqçinin tələblərinə uyğun gələrsə, Gəncə təmsilçisi onunla müqavilə imzalayacaq.

Xəbər 980 dəfə oxundu.