“Aroma Collection Summer Cup” şahmat turnirində 100-dək idmançı mübarizə aparacaq
Azərbaycan Şahmat Federasiyası və Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbinin təşkilatçılığı ilə avqustun 19-da “Aroma Collection Summer Cup” FİDE reytinq turniri start götürəcək.

Avqustun 26-dək davam edəcək turnir Bakıdakı 6 nömrəli məktəb-liseydə keçiriləcək. Yarışda 18 yaşadək oğlanlar və qızlar, o cümlədən milli əmsalı 2000-dən yuxarı olan 10 yaşadək oğlanlar və milli əmsalı 1900-dən yuxarı olan 12 yaşadək qızlar iştirak edəcəklər.

“Aroma Collection” kosmetik brendinin sponsorluğu ilə keçiriləcək turnirdə Bakı şahmatçıları ilə yanaşı, Sumqayıt, Quba, Lənkəran, Gəncə, Kürdəmir, Tərtər və digər bölgələrdən 100-dək idmançı birincilik uğrunda mübarizə aparacaq.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq “Aroma Collection Summer Cup” turnirinin qalibləri pul mükafatları ilə yanaşı, kubok, medal, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Xəbər 721 dəfə oxundu.