“Qarabağ” idman həkimi Madriddə olub
“Qarabağ” tərəqqi və inkişaf yolunda daim fərqli layihələrdən yararlanmağa çalışır. İdman.com.az saytı xəbər verir ki, bir müddət öncə baş məşqçi Qurban Qurbanov “Barcelona”nın düşərgəsinə yollanmışdı.

Bu günlərdə isə klubun fizioterapevti Oktay Gursoy İspaniyanın digər nəhəng klubu “Real”ın bazasında olub, sahəsiylə bağlı ixtisaslaşma keçib. 1 həftə ərzində Madriddə olan mütəxəssis tibbin futbol üzərində təsiri və yeniliklərlə tanış olub.

O, səfəri barədə klubun rəsmi saytına bunları deyib: “Səfərimiz olduqca maraqlı oldu. “Real”ın tibb sistemiylə tanış oldum. Olduqca maraqlı nüanslarla qarşılaşdım. “Real”ın baş həkimi Munyosla söhbətlərim oldu. Eyni zamanda Madrid klubunun tibbi personalının hansı sistemlə çalışdığını öyrəndim. “Real”ın əsas komandasının 1 həkimi və 5 fizioterapevti var. Gördüklərimi təbii ki, öz tibbi personalımızla paylaşacam. Səfər zamanı fürsətdən istifadə edib “El Klassiko”nu da izlədim. Təəssüflər olsun ki, “Barcelona” yenə qələbə qazandı (gülür)”.

Xəbər 1148 dəfə oxundu.