"Rəvan" Gürcüstan klubuna uduzdu
Zaqatalada Premyer Liqanın yeni mövsümünə hazırlığını davam etdirən “Rəvan” növbəti yoxlama oyununu keçirib. İyulun 2-də bir günlük Tiflisə yollanan “aslanlar” Gürcüstan yığmasının təlim-məşq bazasının stadionunda “Sioni” ilə üzə-üzə gəliblər. Yüksək liqada çıxış edən rəqiblə matç Bolnisi təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonşu ölkə klublarının duelində 2 top fərqi ilə məğlub duruma düşən bakılıların yeganə qoluna Ramazan Abbasov imza atıb.

Qeyd edək ki, Gürcüstan klubu ilə görüş “Rəvan”ın yay hazırlığı dönəmində keçirdiyi 3-cü yoxlama oyunu olub. Paytaxt klubu daha öncə “İnter”i məğlub etdiyi halda (2:1), “Qəbələ”nin əvəzedici komandasına uduzub (3:6).

Xəbər 688 dəfə oxundu.