"Lokomotiv" daha 2 voleybolçunu heyətinə qatdı
Bakının "Lokomotiv" voleybol klubu daha iki oyunçunu heyətinə qatıb. Ölkəmizi Çemponlar Liqasında təmsil edən “Loko” bu dəfə xorvatiyalı Hana Çitura və slovakiyalı Yaroslava Pencovanın keçidini rəsmiləşdirib. 192 sm boya malik Çitura ilə 1 illik müqavilə bağlanılıb. 27 yaşlı hücumçu bundan əvvəl Xorvatiyanın “Mladost” Zaqreb (2002-2006), ABŞ-ın “Kaliforniya Universiteti” (2006-2010), Almaniyanın “USC Münster” (2010-2013), Yaponiyanın “NEC Red Rockets” (2013-2014) və Polşanın “İmpel Vroslav” (2014-2015) klublarının şərəfini qoruyub. 25 yaşlı Pencova da ən azı bir il Bakı təmsilçisinin uğurları üçün çalışacaq. 190 sm boya malik blokçunun son iş yeri Almaniyanın "Dresdner" klubu olub.

Qeyd edək ki, “dəmiryoçular” Çituradan öncə Oksana Kiselyova, Ayşən Abduləzimova, Ülkər Kərimova (hər üçü Azərbaycan), Aleksandra Çrnıçeviç (Serbiya), Aneta Havliçkova (Çexiya), Kanani Danielson (ABŞ) və Özgə Kirdar Çəmbərci (Türkiyə) ilə müqavilə bağlayıb.

Xəbər 807 dəfə oxundu.