“İnter”-“Atletik Bilbao” oyununu niderlandlı hakimlər briqadası idarə edəcək
Futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İnter” (Bakı)-“Atletik Bilbao” (İspaniya) matçının hakimləri müəyyənləşib.

Görüşü niderlandlı referi Serdar Gozubuyuk idarə edəcək. Ona həmyerliləri Bas van Dongen, Patrick Langkamp kömək edəcəklər.

Qarşılaşma avqustun 6-da saat 21:00-da Bakıda, “Şəfa” stadionunda keçiriləcək.

Komandalar arasında İspaniyada təşkil olunan ilk oyunda “Atletik Bilbao” klubu 2:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, Türkiyə əsilli FİFA referisi S.Gozubuyuk 2012-ci ildə Niderlandda ilin hakimi seçilib.

Xəbər 884 dəfə oxundu.