"Atletik" "İnter"lə oyun öncəsi məğlub oldu
UEFA Avropa Liqası III təsnifat mərhələsində “İnter”in rəqibi olan İspaniyanın “Atletik” klubu cavab qarşılaşmasından öncə yoldaşlıq oyunu keçirib. Bilbaoluların rəqibi “Osasuna” olub. Bakıdakı matçdan öncə oyunçularını çox da yormayan Bilbao klubu “Osasuna”ya səfərdə 0:2 hesabı ilə məğlub olub. Matçdakı hər iki qola Nino (35, 85-ci dəqiqələr) imza atıb.

Qeyd edək ki, “İnter”lə “Atletik” arasındakı Avropa Liqası III tur cavab qarşılaşması avqustun 6-da Bakıda “İnter Arena”da oynanılacaq. Görüş saat 21:00-da başlayacaq.

Xəbər 721 dəfə oxundu.