Bakının “İnter” futbol klubu UEFA Avropa Liqası yarışlarında növbəti oyununu keçirib
İyulun 30-da Bakının “İnter” futbol komandası UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Bakı təmsilçisi İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda “Atletik” klubunun qonağı olub.

Yunanıstanlı baş hakim Stavros Tritsonis idarə etdiyi oyunun 12-ci dəqiqəsində "Atletik"in futbolçusu Xavyer Eraso hesabı açıb. Görüşün 49-cu dəqiqəsində X.Eraso dubl edərək komandasını hesabda önə çıxarıb.

Beləliklə, görüş "Atletik" (Bilbao) komandasının 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Komandalar arasında cavab oyunu avqustun 6-da Bakıda, "Şəfa" stadionunda təşkil olunacaq.

Qeyd edək ki, turnirə birinci təsnifat mərhələsindən qoşulan “İnter” komandası Albaniyanın “Laçi” və İslandiyanın “Hafnarfyordur” klubunu yarışdan kənarlaşdırıb.

Xəbər 759 dəfə oxundu.