Şalke azərbaycanlı futbolçu üçün təklif göndərdi
Rusiyada çıxış edən həmyerlimiz Ramil Şeydayev Avropa klublarının diqqətindədir.

Hazırda çıxış etdiyi Zenit komandasına artıq konkret təkliflər də gəlir. Almaniyanın Şalke klubu 19 yaşlı futbolçunu heyətində görmək istəyir.

Qeyd edək ki, Şalke ilə Zenitin münasibətləri çox istidir.

Xatırladaq ki, əslən azərbaycanlı olan Ramil Şeydayev bu yaxınlarda başa çatan gənclər arasında Avropa çempionatının ən yaxşı bombardiri olmuşdu.

Xəbər 726 dəfə oxundu.