Məhəmməd İsmayılov Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirdə vahid liderdir
Görkəmli şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan uşaqlar arasında beynəlxalq şahmat turniri davam edir.

Bakıdakı 6 nömrəli məktəb-liseydə keçirilən yarışda 8-10-12 yaşadək oğlanlar və qızlar, o cümlədən dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan 110 şahmatçı mübarizə aparır.

Beynəlxalq turnirdə 6-cı turun görüşləri artıq başa çatıb. 6 turdan sonra Məhəmməd İsmayılov aktivinə 5.5 xal yazaraq vahid liderdir. Məhəmməd Muradlı,Atilla Eynullayev,Fərid Mustafayev və Nikolozi Kacarava hərəyə 5 xal toplayaraq 2-5-ci yerləri blüşdürürlər. Yarışlarda Azərbaycan şahmatçıları ilə yanaşı, Rusiya, İran, Gürcüstan və Fransa təmsilçiləri də iştirak edirlər.

Beynəlxalq turnir isveçə sistemi ilə 9 turdan ibarət keçirilir və yarışın baş hakimi FİDE hakimi Cavanşir Bağırovdur.

Xəbər 739 dəfə oxundu.