Azərbaycan şahmatçıları “4th Sardaran International Open Chess Tournaments” Beynəlxalq turnirində iştirak edirlər
İranın Urmiya şəhərində “4th Sardaran International Open Chess Tournaments” IV Beynəlxalq şahmat turniri keçirilir.

“A” turnirində 7 ölkədən 67 şahmatçı, o cümlədən 16 qrossmeyster iştirak edir. Azərbaycanı qrossmeysterlər Azər Mirzəyev və Vüqar Rəsulov, beynəlxalq usta Loğman Quliyev təmsil edirlər.

Yekun turdan əvvəl hərəyə 8 mümkün xaldan 6,5 xal toplayan iranlı qrossmeysterlər Pouriya İdani və Pouya Darini liderlik edirlər. Yerli şahmatçılar Asqar Qolizadə, Ehsan Qaem Maqami və ukraynalı Konstantin Tarlev onlardan yarım xal geri qalırlar. Doqquzuncu turun püşkatmasının nəticələrinə görə, Vüqar Rəsulov ağ fiqurlarla Azər Mirzəyevlə, Loğman Quliyev isə İran təmsilçisi Morteza Asqari ilə qarşılaşacaqlar.

Beynəlxalq turnir İsveçrə sistemi ilə 9 turda keçirilir.

Hər bir turnirdə 10 əsas və çoxsaylı xüsusi mükafatlar var. “A “ turnirinin qalibi təqribən 5 min ABŞ dolları (150 000 000 İran rialı) alacaq.

Xəbər 968 dəfə oxundu.