Olimpiada şəhərində bomba tapıldı!
Dünən Avstriyanın İnsbruq şəhərində Yeniyetmələrin Qış Olimpiya Oyunları qaliblərinə medalların təqdim edilməsi mərasimi təxirə salınıb. Buna səbəb şəhərin mərkəzində 250 kq-lıq partlamamış bombanın tapılmasıdır. Məlum olub ki, bu silah ikinci dünya müharıbəsi zamanından qalıb.

70 il öncə təyyarədən atılmış bombanın partlamamış vəziyyətdə şəhərin mərkəzində indiyədək qalması olimpiada iştirakçılarından fərqli olaraq yerli əhalini o qədər də təəccübləndirməyib. Çünki, yerli mətbuatın yydığı xəbərə görə, bu, son 20 ildə həmin ərazidə tapılan sayca 10-cu bombadır.

Bombanı şəhərin mərkəzi dəmiryolu vağzalının yaxınlığında tikinti aparan inşaatçılar tapıblar. Qeyd edilir ki, bombanın tapıldığı yerdən bir neçə kvartal aralıda Beynəlxalq Olimpiya Komitəsinin müvəqqəti qərargahının olduğu mehmanxana yerləşir.

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının baş katibi Roslin Morrisin redaksiyamızın e-mail ünvanına göndərdiyi məktubda o da qeyd olunur ki, partlamamış bombanı zərərsizləşdirmək üçün yerli polis 4 saat çalışmalı olub.

Baş vermiş hadisə ilə əlaqədar, qaliblərin mükafatlandırılması bir gün sonra baş tutub.

Xəbər 1091 dəfə oxundu.