“Baku Cup–2015” beynəlxalq tennis turniri davam edir
Qadınlar arasında “WTA International” seriyasından “Baku Cup–2015” beynəlxalq tennis turniri davam edir.

Iyulun 30-da keçiriləcək beş görüşdən dördü fərdi xarakter daşıyır. Tennisçilər Olqa Savçuk (Ukrayna) Patrisiya Mariya Tiq (Rumıniya), Yevgeniya Rodina (Rusiya) Oleksandra Koraşvili (Ukrayna), Kirsten Flipkens (Belçika) Vitali Dyaçenko (Rusiya), Annet Kontaveyt (Estoniya) isə Karin Knapp (İtaliya) ilə ikinci raundda dörddəbir finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Gün ərzində duetlərin yarışında dörddəbir final mərhələsində bir görüş keçiriləcək. Rusiya təmsilçiləri Marqarita Qasparyan - Anastasiya Pavlyuçenkova dueti Misa Equti (Yaponiya) və Patrisiya Mariya Tiq (Rumıniya) cütlüyü ilə qarşılaşacaq.

Xəbər 2243 dəfə oxundu.