"Qarabağ"ın yeni transferi debüt etdi
"Qarabağ"ın yeni transferi Raydell Pupon Ağdam təmsilçisinin heyətində debüt edib.

Hollandiyalı futbolçu Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən "Seltik"lə ilk oyunda meydana çıxıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ona matçın 87-ci dəqiqəsində şans verib. Pupon Alharbi Əl Jadeyaouini əvəzləyib.

Qeyd edək ki, bu dəqiqəyə olan nəticəyə görə "Qarabağ" rəqibinə 0:1 hesabı ilə uduzur.

Xəbər 760 dəfə oxundu.