Bakının “İnter” futbol klubunun İspaniya sınağı
İyulun 30-da Bakının “İnter” futbol komandası UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

Bakı təmsilçisi İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda “Atletik” klubunun qonağı olacaq. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq oyunu yunanıstanlı baş hakim Stavros Tritsonis idarə edəcək. Köməkçi hakim funksiyasını isə onun həmyerliləri Xristos Akrivos, İlias Alekseas və İlias Spathas yerinə yetirəcəklər. Matçın UEFA nümayəndəsi italiyalı Danilo Flakkione, hakim-inspektoru isə Finlandiyadan Jouni Hitiya olacaq.

Turnirə birinci təsnifat mərhələsindən qoşulan “İnter” Albaniyanın “Laçi” və İslandiyanın “Hafnarfyordur” komandalarını yarışdan kənarlaşdırıb.

Xəbər 793 dəfə oxundu.