Qurban Qurbanov: Komandadan razıyam, futbolçularımızın oyunu məni qane etdi
Komandadan razıyam, futbolçularımızın oyunu məni qane etdi.

Bu sözləri “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Qlazqoda “Seltik”lə keçirilən oyundan sonra deyib.

“Biz güclü komanda ilə oynayacağımızı bilirdik və bu oyunun Qlazqoda keçməsinin çətinliklərindən də xəbərdar idik. Düşünürəm ki, Azərbaycan azarkeşlərinin dəstəyilə keçəcək cavab görüşündə çox maraqlı oyun görəcəyik. Bizim keltlilər kimi möhtəşəm tərəfdarlarımız var”, - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, iyulun 29-da UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Qlazqoda keçirilən “Qarabağ” – “Seltik” matçı 0-1 hesabı ilə Şotlandiya çempionunun xeyrinə başa çatıb. Cavab oyunu avqustun 5-də Bakıda, Tofiq Bəhramov adına stadionda olacaq.

Xəbər 369 dəfə oxundu.