MY Pedro ilə razılığa gəldi
Mançester Yunayted Barselonanın futbolçusu Perdo ilə şəxsi müqavilənin razılığını əldə edib.

Kataloniya mətbuatının məlumatına görə 28 yaşlı ispan İngiltərəyə keçəcəyi təqdirdə indikindən çox qazanacaq.

MY aryıq Barselonaya da 25 milyonluq təklifi göndərib. Lakin Katalon təmsilçisi 30 milyon avro tələb edir.

Qeyd edək ki, bir müddət əvvəl Pedro komanda yoldaşlarına klubdan ayrılacağını bildirmişdi.

Xəbər 824 dəfə oxundu.