Qarabağın rəqibi italyan futbolçu alır
Şotlandiyanın Seltik komandası Cenoanın 32 yaşlı müdafiəçisi Luka Antoninini heyətinə qatmaq istəyir. Bu barədə Gazzetta dello Sport məlumat verib.

İtaliyalı komandasının baş məşqçisi Can Pyero Qasperini futbolçunu əsas heyətdə görmür. Bu səbəbdən də klub müdafiəçini satmağa razıdır.

Müqavilənin bitməsinə 2 il qalmasına baxmayaraq futbolçunun transfer dəyəri yüksək olmayacaq.

Antonini Milanın yetirməsidir. Lakin karyerasının böyük hissəsini İtaliyanın digər komandalarında keçirib.

Xəbər 745 dəfə oxundu.